Türkiyədə “Konyaspor” ilə “Fənərbaxça” arasında 21 aprel tarixində keçirilən kubok oyununda stadion üzərindən helikopterlərin uçması mübahisələrə səbəb olub.
Belə ki, qarşılaşma zamanı “Sikorsky” helikopterləri stadion üzərində uçaraq güclü səs-küy yaradıb və bu da canlı yayımda aydın hiss olunub.
Məlumata görə, uçuşlar Konya 3-cü Ana Jet Üs və Qarnizon Komandanı, general Mete Kuşun göstərişi ilə həyata keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib.
Stadionda azarkeşlərin açdığı “Göylərin qartallarından yerdəki qartallara uğurlar” yazılı pankart və bəzi iddialar bu uçuşların əvvəlcədən razılaşdırıldığı ehtimalını gücləndirib. Bu hadisə cəmiyyətdə və hərbi dairələrdə də geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra Mete Kuş vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığının qərargahına göndərilib. Onun yerinə isə Esat Çetin təyin olunub.“AzPolitika.info”