AZ

Netanyahu və korrupsiya:Böyük qalmaqala səbəb olan bu işin arxasında nə dayanır və onun əfvi niyə rədd edildi?

İshak Hersoq İsrailin baş naziri Benyamin Netanyahu barəsində aparılan korrupsiya işi ilə bağlı məhkəmədənkənar razılaşma təklif edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Hersoq Netanyahu və prokurorları danışıqlara dəvət edərək işin həllinə məhkəməyə çatmadan nail olmaq istəyir. Prezident administrasiyası tərəflərdən bu təklifə bazar gününə qədər cavab vermələrini xahiş edib.

 

Məlumata görə, bu addım Hersoqun Netanyahunun əfv edilməsi ilə bağlı müraciətinə təkbaşına qərar verməyəcəyini və tərəfləri razılaşmaya çağıracağını deməsindən bir neçə gün sonra atılıb. Prezident qeyd edib ki, əfv məsələsinə baxılmadan əvvəl bütün imkanlar tükənməlidir.

 

Qeyd edək ki, Netanyahu daha əvvəl məhkəmə prosesinin dayandırılması üçün müraciət edərək ittihamların götürülməsinin ölkədə birliyi gücləndirəcəyini bildirmişdi.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bir neçə dəfə Hersoqu məhkəmə prosesinə son qoymağa çağırıb.

 



 

Seçilən
60
senzor.az

1Mənbələr