AZ

MY müdafiə xəttini gücləndirir

Fanat saytına istinadən ain.az xəbər verir.

Müdafiə mərkəzini gücləndirmək istəyən "Mançester Yunayted" bir neçə variantı dəyərləndirir.

Fanat.Az xəbər verir ki, klub "Tottenhem"dən Miki van de Ven və "Nottingem Forest"dən Murilyonu yaxından izləyir.

"The Telegraph" qəzetinin məlumatına görə, Maykl Karrik müdafiəçi transferinin mütləq üstünlük olmadığını bildirsə də, hər iki oyunçu potensial hədəf kimi qalmaqdadır. Əgər hər iki klub Premyer Liqanı tərk edərsə, bu futbolçuların transfer qiymətlərində ciddi azalma baş verə bilər.

Skautlar Van de Venin sürətini, Murilyonun isə fiziki gücünü komanda üçün faydalı hesab edirlər. Hazırda klub rəhbərliyi bazarın gedişatına uyğun olaraq rəsmi təklif hazırlamağı düşünür.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
fanat.az

1Mənbələr