ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 29 aprel, AZƏRTAC
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ölkədə qaldığı dövrlə bağlı məxfi sənədi dərc edib.
AZƏRTAC xəbər verir ki, arxiv sənədinə görə, İran dövlət xadimi 1964-cü il noyabrın 4-dən 1965-ci il oktyabrın 5-nə qədər Türkiyədə, kəşfiyyat orqanlarının nəzarəti altında olub.
“Tam məxfi” kateqoriyasına və 1964-cü il noyabrın 11-nə aid sənəddə Xomeyninin Bursada yaşadığı, yazışmalarda isə “İran qonağı”nın “Müəyyən” (Belli) kod adı ilə ölkəyə keçdiyi bildirilir.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.