Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi 2025-ci il üzrə iqlim hesabatını yayımlayıb.
Anadolu Agentliyi xəbər verir ki, hesabata əsasən, Avropa dünyanın ən sürətlə isinən bölgəsi olaraq qalır və ötən il qitənin təxminən 95 faizində temperatur orta göstəricilərdən yüksək olub. Bu istiləşmə buzlaqların sürətlə əriməsinə səbəb olub, təkcə Qrenlandiya buzlaqları 139 milyard ton kütlə itirib ki, bu da Alp dağlarındakı bütün buzlaqların cəmindən dəfələrlə çoxdur.
Kəskin istilər dənizlərdə də rekord temperatur göstəriciləri ilə müşayiət olunub. Çayların 70 faizində suyun səviyyəsi azalıb və ötən il son Avropada 30 ilin ən quraq dövrlərindən biri kimi tarixə düşüb. İqlim böhranı artıq gündəlik həyatın bir hissəsinə çevrilib, çünki quraqlıq və isti hava meşə yanğınlarını rekord səviyyəyə çatdırıb.
Təhminə VERDİYEVA,
“Azərbaycan”