AZ

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ

Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sənədlərin təqdim olunması Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.

Suqovuşan kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 29-u günün sonunadək davam edəcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır.
 

Bu kənddə birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.


Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Ağdərə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-858-54-37, 051-770-95-93) müraciət edə bilərlər.

Bizim.Media

Seçilən
54
9
bizim.media

10Mənbələr