AZ

Son zəng də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib. Tələblər arasında şagirdlərin tədbirdə məktəbli formasında olması qaydası da var.  Amma müşahidə edirik, artıq son zəng üçün məktəb formasından kənar geyimlərin tikilməsinə icazə verən məktəb rəhbərlikləri var.

Bəs bu zaman vəziyyət necə tənzimlənir?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, "Son zəng" tədbiri zamanı müddət çox olmur deyə, şagirdlər məktəbli formalarında olmalıdırlar.

Müsahibimiz hesab edir ki, bu qayda tədbirin rəsmi xarakterini qorumaq və sosial bərabərliyi təmin etmək baxımından çox önəmlidir:

"Burada, əlbəttə, məktəb rəhbərlərinin üzərinə məsuliyyət düşür. Tədbirin ssenarisinin və geyim qaydalarının bütövlükdə əməl olunmasına birbaşa məsuliyyəti məktəb rəhbərliyi daşıyır. Ümid edirəm ki, onlar məhz "Son zəng" zamanı bu məsələlərə diqqət yetirəcəklər və məktəblərdə sərbəst geyimə icazə verilməsi ilə bağlı hansısa bir imkan yaratmayacaqlar.

Eyni zamanda bəllidir ki, son zəng tədbirləri rəsmi hissədə, yəni məktəb ərazisində keçirilən tədbirlərlə bərabər, məktəbdən kənarda davam etdirilir. Amma söhbət sırf rəsmi hissədən, yəni məktəb ərazisindəki tədbirdən gedirsə, orada məktəbli forması məcburidir. Məktəbdən kənar qeyri-rəsmi tədbirlərdə isə, əlbəttə ki, özəl geyimlərdən istifadə oluna bilər. Buna hər hansı məhdudiyyət yoxdur və məhdudiyyət yalnız məktəb ərazisində keçirilən tədbirlərə şamil olunur. Təbii ki, məktəb rəhbərliyi fərqli geyimə icazə verirsə, bu, birbaşa pozuntudur və müvafiq tədbirdən sonrakı dövrdə məktəb rəhbərliyi bunun məsuliyyətini daşıyacaq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
redaktor.az

2Mənbələr