AZ

Ən çox axtarılan geyim və ayaqqabılar açıqlandı

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moda sənayesində istehlakçı davranışlarını təhlil edən "Lyst" platformasının ekspertləri 2026-cı ilin ilk rübü üçün dünyanın ən çox istənilən geyim və ayaqqabılarını açıqlayıb.

Ölkə.az xəbər verir ki, reytinqin ilk pilləsində "Saint Laurent" markasına məxsus pambıq qadın gödəkçəsi yer alıb. Qum rəngli, qara zolaqlı və sinə hissəsində brendin adı işlənmiş bu modelin qiyməti 3,4 min dollardır.

İkinci yerdə "Chanel"in yaşıl ayaqqabıları, üçüncü pillədə isə "Adidas"ın Çin üslubunda hazırlanmış gödəkçəsi qərarlaşıb. Dördüncü və beşinci yerləri isə "Celine" dəri ayaqqabıları və Vivienne Westwood atlas donu tutub.

Siyahıya həmçinin "Chanel" çantası, "Saint Laurent" gün eynəkləri, "Trader Joe's tote" çantası, "1PM" brendinin idman ayaqqabıları və "Kangol" kepkası da daxil edilib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
olke.az

2Mənbələr