AZ

Danimarka şirkəti Azərbaycanda külək turbinlərinin istehsalını lokallaşdıra bilər

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Danimarkanın "Vestas Wind Systems A/S" şirkəti ilə ölkənin "yaşıl enerji" ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik", - nazir qeyd edib.

Görüş zamanı, həmçinin, birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivləri nəzərdən keçirilib.

Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik.Görüş zamanı #Azərbaycan-ın yaşıl #enerji ixracı üzrə regional mərkəzə… pic.twitter.com/rWPiu2qgsN

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
2
baku.ws

1Mənbələr