AZ

Bərpa olunan enerji sahəsində təhsilə dəstək (FOTO)

bp məmnuniyyətlə dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilmiş bərpa olunan enerji mənbələri üzrə magistr proqramının ilk buraxılış tədbirinə qoşuldu. bp ikili diplom verən bu proqrama təsis edildiyi vaxtdan, yəni 2023-cü ildən dəstək verir.

Olaylar.az xəbər verir ki, bu ikili diplom proqramı Azərbaycanda tamamilə yeni bir təhsil istiqaməti olmaqla bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil yerli mühəndislərin yetişdirilməsinə imkan yaradır. bp bu proqrama ölkədə bacarıq və potensialın inkişafına uzunmüddətli dəstək öhdəliyinin bir hissəsi kimi iki milyon dollarlıq sosial sərmayə layihəsi ilə qoşulub.

Bu yeni təhsil proqramında əlamətdar bir hadisə olan bugünkü buraxılış tədbirində ilk 27 məzunun ikili diplom təhsilinin uğurla başa çatması bayram edildi.

Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə təsis edilmişdir və ADNSU tərəfindən Uorik (Warwick) Universiteti ilə tərəfdaşlıqda həyata keçirilir. Təşəbbüsdə məqsəd beynəlxalq akademik təcrübəni yerli tədris metodologiyaları ilə bir araya gətirməklə Azərbaycanda bərpa olunan enerji üzrə təhsil potensialını gücləndirməkdir. bp-nin bu proqrama dəstəyi bərpa olunan enerji laboratoriyasının yaradılmasını, lazımi infrastruktur və avadanlığın təminatını, həmçinin akademik potensialın gücləndirilməsinə və akademik heyətin inkişafına yönəlmiş fəaliyyətləri əhatə edir.

Bu yeni ikili diplom proqramının ilk məzun buraxılışını qeyd etməkdən çox məmnunuq. Təhsil və bacarıqların inkişafına sərmayə Azərbaycanın enerji keçidinə dəstəyimizin əhəmiyyətli bir hissəsidir. İnanırıq ki, bu proqram ölkənin sürətlə inkişaf edən enerji sektorunun tələb etdiyi praktik bilik və səriştələri olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük dəstək olacaq. Bu uğurlu başlanğıc həmçinin ölkədə bərpa olunan enerji sahəsində təhsil potensialının artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və universitetlərlə qurduğumuz güclü əməkdaşlığın əhəmiyyətini əks etdirir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

bp-nin layihəyə hazırda davam edən dəstəyinə aşağıdakılar daxildir:

Bərpa olunan enerji laboratoriyasının yaradılması - ADNSU-da yaradılacaq günəş, külək və hidrogen enerjisi üzrə praktiki öyrənmə və tətbiqi tədqiqatların aparılmasına imkan verən müasir laboratoriya. Laboratoriya qabaqcıl eksperimental və simulyasiya avadanlıqları ilə təchiz ediləcək və bu, tələbə və tədqiqatçılara real şəraitdə ölçmələr aparmağa, enerji çevrilməsi proseslərini müşahidə etməyə və sistemlərin fəaliyyət göstəricilərini sənaye üzrə uyğun proqram təminatlarından istifadə etməklə təhlil etməyə imkan verəcək.

Laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastruktur, avadanlıq və əməliyyat dəstəyi. Bura İT avadanlıqları, proqram təminatı və lisenziyalar, mebel təchizatı, ilk tibbi yardım vasitələri və qoruyucu geyimlər, həmçinin laboratoriya sahəsi üzrə tikinti və təmir işləri daxildir.

Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və akademik heyətin inkişafı. Bura proqramın tədris heyəti üçün ingilis dili təlimləri, eləcə də bərpa olunan enerji sahəsində ixtisaslaşan yerli müəllimlərin, mütəxəssislərin və proqram inzibatçılarının bilik mübadiləsi məqsədilə Uorik (Warwick) Universitetinə (Böyük Britaniya) tədris səfərləri.

İkili diplom proqramının ikinci tədris qrupuna məqsədli dəstək, o cümlədən Bakıda dərs deyən Böyük Britaniyalı müəllimlərin səfər və təlim xərcləri, həmçinin ADNSU tələbələrinin beynəlxalq akademik mühitlə tanışlığı və praktiki öyrənmə təcrübəsi qazanmaları üçün Böyük Britaniyada yay məktəbində iştirakı ilə bağlı xərclər.

Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
1
olaylar.az

2Mənbələr