ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Anar Məmmədlini dərhal azad etməyə və ona qarşı irəli sürülən ittihamları yenidən nəzərdən keçirməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan Anar Məmmədlinin Azərbaycanda saxlanılmasının ikinci ildönümü ilə bağlı bəyanatında deyib.
Rojhan bildirib ki, tanınmış hüquq müdafiəçisi, seçki müşahidəçisi və 2014-cü il Vatslav Havel İnsan Hüquqları Mükafatı laureatı Anar Məmmədlinin həbsindən iki il ötür.
Firuzə
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.