ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Rusiya, Ukraynanın uzaqmənzilli dron hücumları ilə bağlı narahatlıqlarını əsas gətirərək, təxminən iyirmi ildən sonra ilk dəfə olaraq 9 Mayda keçiriləcək ənənəvi Qələbə Günü paradına hərbi texnika çıxarmamaq qərarına gəlib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik dəyişikliyin mövcud əməliyyat vəziyyəti səbəbindən edildiyini və hərbi məktəb tələbələrinin də paradın bu hissəsində iştirak etməyəcəyini bildirib.Analitiklər və hərbi müşahidəçilər hesab edirlər ki, Moskvanın radikal qərarı hərbi texnikanın Ukrayna dronları üçün asan hədəfə çevirəcəyi qorxusundan irəli gəlir.Qeyd edək ki, Ukraynanın uzaqmənzilli dronları son zamanlar Rusiya ərazisinin dərinliklərindəki sənaye obyektlərinə, logistika mərkəzlərinə və neft infrastrukturuna hücumları intensivləşib.Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.