AZ

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarına qarşı proqram hazırlayır

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarını aradan qaldırmaq üçün altıncı birgə proqramı hazırlayır. 

TASS Agentliyinin məlumatına görə, yeni layihə çirklənmiş torpaqların bərpasına və həmin ərazilərdə istehsal olunan məhsullarda radiasiya nəzarətinə fokuslanıb. İndiyədək bu sahədə beş proqram icra olunub.

Belarusun qəza zonasına yaxın olması torpaqların bərpası işində onun məsuliyyətini artırır. BelTA Agentliyi bildirir ki, bölgədəki qida müəssisələrində ciddi radiasiya nəzarəti sisteminin qurulması əsas hədəfdir. Məqsəd əhalini tam təhlükəsiz və təmiz məhsullarla təmin etməkdir.

Eyni zamanda, zərərçəkmiş insanlara nüvə təbabətinin köməyi ilə ixtisaslaşmış tibbi yardımın göstərilməsi nəzərdə tutulur. Çirklənmiş ərazilərdəki meşələrin yanğından qorunması da radiasiyanın yayılmaması üçün prioritet məsələlərdən biridir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr