AZ

İtkin düşən milyonçunu tapan şəxsə 250 min dollar veriləcək - FOTO

İtkin düşən milyonçunu tapan şəxsə 250 min dollar veriləcək.

Azreform.info xəbər verir ki, söhbət ABŞ-nin Kaliforniya ştatında itən milyonçu Naiping Houdan gedir.

74 yaşlı Hou 4 may 2025-ci ildə yoxa çıxıb.

Ailəsi tərəfindən itkin düşmüş şəxs barədə təqdim edilən məlumatdan sonra təxminən bir il davam edən axtarışlara baxmayaraq, yaşlı kişi tapılmayıb.

FTB-nin də daxil olduğu axtarış tədbirləri nəticəsində Naiping Hounun bank hesabından bir milyon dollardan çox pulun çıxarıldığı və onlayn bankçılıq vasitəsilə qızıl almaq üçün istifadə edildiyi aşkar edilib.

Müstəntiqlər şübhəlilərin Hounun telefonundan alış-veriş etmək üçün istifadə etdiyinə düşünürlər.

Yaşlı kişinin ailəsi isə Naipinq Hounun harada olduğuna dair məlumat verən şəxsə 250 min dollar (təx.425 000 AZN) mükafat verəcəyini elan edib.

Billurə

Seçilən
47
3
azreform.info

4Mənbələr