AZ

Press TV: ABŞ-ın dəniz blokadası davam edərsə, İran misli görünməmiş hərbi tədbirlə” görəcək..

Tehran Vaşinqtonun hərəkətlərinə “cəzalandırıcı cavab” verməyə hazırlaşır, silahlı qüvvələr sərt addımlar atacağını bildirir...

Poliqon xəbər verir ki, İran ABŞ-ın ölkəyə qarşı dəniz blokadasını davam etdirdiyi təqdirdə “praktiki və misli görünməmiş hərbi tədbirlər” görəcəyini açıqlayıb. Bu barədə Press TV telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına əsasən, İran Silahlı Qüvvələri ABŞ-ın hərəkətlərinə “cəzalandırıcı cavab” verilməsinin zəruri olduğunu hesab edir. Mənbələrin sözlərinə görə, Tehranın cavabı əvvəlki təhdidlərdən keyfiyyətcə fərqlənəcək və praktiki hərbi addımları əhatə edəcək.

Press TV vurğulayır ki, İran hərbi rəsmiləri Amerika qüvvələrinin regionda mövcudluğunu və dəniz yollarını bağlamaq cəhdlərini “təcavüz aktı” kimi qiymətləndirir. Tehran bu cür addımların beynəlxalq dəniz hüququnun və regionda sabitliyin pozulması olduğunu bildirir.

Hazırda ABŞ və İran arasında gərginlik yüksək səviyyədə qalmaqdadır. Vaşinqton son həftələrdə İranın neft ixracını tamamilə dayandırmaq məqsədi ilə dəniz patrullarını gücləndirib. Tehran isə öz növbəsində dəfələrlə xəbərdarlıq edib ki, istənilən blokada cəhdləri sərt hərbi cavabla qarşılanacaq.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr