AZ

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi Video

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin avtomobil karvanı Ağverəni tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyus.am” saytı görüntülər yayıb.

Bildirilib ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ağverəndəki “Apricot Hotels & Resort” otelində qalıb.

Qeyd edək ki, bu gün Ağverəndə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
axar.az

1Mənbələr