AZ

Şimali Kiprdən Fransa ilə Cənubi Kipr arasında imzalanacaq sazişə sərt reaksiya: Bizim üçün hüquqi qüvvəsi yoxdur

Şimali Kipr Türk Respublikasından Fransa ilə Cənubi Kipr arasında imzalanacağı elan edilən Qüvvələrin Statusu Sazişi (SOFA) ilə bağlı sərt bəyanat verilib. Bildirilib ki, sözügedən sənəd Kipr türk xalqı baxımından heç bir hüquqi qüvvəyə malik deyil. Qeyd olunub ki, sazişlə bağlı proseslər böyük narahatlıqla izlənilir.

Editor.az xəbər verir ki, Şimali Kipr Xarici İşlər Nazirliyi Fransa ilə Cənubi Kipr arasında iyun ayında imzalanacağı açıqlanan SOFA sazişi ilə bağlı rəsmi mövqeyini açıqlayıb.

Bəyanatda vurğulanıb ki, saziş Fransaya məxsus hərbi qüvvələrin Kipr adasında yerləşdirilməsi, Cənubi Kiprlə Fransa arasında hərbi sənaye əməkdaşlığının genişləndirilməsi, hərbi texnologiyaların paylaşılması, müdafiə sahəsində təlim proqramlarının həyata keçirilməsi, eləcə də hərbi obyektlərin avadanlıqla təmin olunması kimi məsələləri əhatə edir.

Nazirlik qeyd edib ki, bölgədə balansı poza biləcək bu cür addımlar diqqətlə izlənilir və ciddi narahatlıq doğurur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr