AZ

Hesablama Palatasından mühüm təklif

Azərbaycanda dövlət satınalmaları sahəsində təchizatçıların vahid reyestri yaradılmalıdır.

Sitat.info xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.

Mövcud təcrübədə əsasən etibarsız təchizatçıların reyestri formalaşdırılır. Lakin bu yanaşma bazarın tam mənzərəsini əks etdirmir və satınalma proseslərinin effektivliyini məhdudlaşdırır.

Bu səbəbdən Hesablama Palatası yalnız etibarsız deyil, mümkün bütün təchizatçıları əhatə edən vahid reyestrin yaradılmasını təklif edir.

Qeyd olunur ki, belə bir reyestr potensial iştirakçıların daha operativ müəyyənləşdirilməsinə, rəqabət mühitinin genişlənməsinə və satınalma proseslərinin şəffaflığının artırılmasına xidmət edə bilər.

Palata hesab edir ki, vahid təchizatçı bazasının formalaşdırılması dövlət satınalmalarında planlaşdırmanın keyfiyyətini artıracaq və prosedurların daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

Seçilən
61
6
sitat.info

7Mənbələr