AZ

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Almaniyanın sabiq prezidenti Kristian Vulf Türkiyənin qlobal sistemdə artan rolundan və Berlin-Ankara münasibətlərindəki potensialdan danışıb.Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, dünyanın Türkiyəyə ehtiyacı Türkiyənin dünyaya ehtiyacından daha çoxdur və bu münasibətlərin əsasını qarşılıqlı etimad təşkil edir.Vulf bildirib ki, Almaniyanın Türkiyədə imici hələ də müsbətdir və bu amil iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkan yaradır.

 

Sabiq prezident qeyd edib ki, tədarük zəncirlərinin istiqaməti dəyişir və Hörmüz boğazı üzərindən Aralıq dənizi limanlarına doğru axın müşahidə olunur. Bu isə Türkiyənin geosiyasi və strateji əhəmiyyətini daha da artırır.

O əlavə edib ki, Aralıq dənizi limanlarında yüklənmənin artması fonunda Türkiyə həm coğrafi mövqeyi, həm də nisbətən aşağı əmək xərcləri ilə Almaniya üçün cəlbedici tərəfdaşa çevrilir və Berlin bu imkanlardan istifadə etmək niyyətindədir. (musavat.com)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
4
bizim.media

5Mənbələr