AZ

Beşinci sinif şagirdi qripdən dünyasını dəyişdi - ÖZƏL/FOTO

Beyləqan rayonunun Sarı Su qəsəbəsində yaşayan 5-ci sinif şagirdi qripdən dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 12 yaşlı Fuad Ramil oğlu dünən soyuqdəymədən dünyasını dəyişib. 

Sakinlərin verdiyi məlumata görə, Fuad son günlər yayılan kəskin virus infeksiyasına yoxulub.
 

Vəziyyəti yaxşılaşsa da tam sağalmayıb. Buna baxmayaraq, uşağın toyda ailəsindən gizli soyuq şirə içdiyi və dondurma yediyi bildirilir.


Bundan sonra azyaşlının vəziyyəti ağırlaşıb. Ailəsi Fuadı paytaxtda yerləşən xəstəxanalardan birinə aparmalarına baxmayaraq, uşaq dünyasını dəyişib. 

Həkimlər azyaşlıya ağciyərlərin güclü pnevmoniya xəstəliyi diaqnozunu qoyub. 




Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
50
1
bizim.media

2Mənbələr