AZ

“DJI”nin yeni cihazı nümayiş olunub  

Yeni nəsil mikrofon modeli olan “DJI Mic Mini 2” təqdim edilib. Cihaz artıq bir çox ölkələrdə satışdadır. Başlanğıc qiyməti 59 avro olan paketə şarj qutusu, simsiz qəbuledici və mikrofon ötürücü daxildir. Daha geniş funksiyalar istəyənlər üçün isə 99 avroluq paket mövcuddur. Bu versiyada daha böyük qəbuledici, iki mikrofon və daha iri şarj qutusu yer alır.

Son dövrlərdə DJI məhsullarının ABŞ-də satışa çıxarılması gecikir və bu model də istisna olmayıb. Şirkətin ABŞ bazarındakı vəziyyəti ilə bağlı qeyri-müəyyənlik davam edir. “Mic Mini 2”nin əvvəlki versiyadan ən böyük fərqi rəngli və dəyişdirilə bilən maqnit mikrofon örtükləridir. İstifadəçilər bu örtüklərlə mikrofonu ya gizlədə, ya da daha çox ön plana çıxara bilərlər. Bundan əlavə, yeni səs presetləri də əlavə olunub ki, bu da kontent yaradıcılara daha rahat istifadə imkanı verir.

    

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
80
azerbaijan-news.az

1Mənbələr