Xviça Kvaratsxeliya PSJ-də yeni rekorda imza atıb.
"Football-plus.az" xəbər verir ki, gürcüstanlı futbolçu Çempionlar Liqasında klub rekordunu yeniləyib. O, yarımfinal mərhələsinin “Bavariya” ilə ilk oyununda dubl edib. Xviça bununla da cari mövsümdə turnirdə 15 məhsuldar hərəkətə (10 qol, 5 assist) imza ataraq PSJ tarixində bir mövsümdə ən yaxşı göstəriciyə sahib olub.
Kvaratsxeliya əvvəlki rekordçu Usman Dembeleni geridə qoyub. Fransalı hücumçu 2024/25 mövsümündə 8 qol vurmu və 6 dəfə assist etmişdi.
Kvaratsxeliya PSJ-yə 2025-ci ilin yanvarında “Napoli”dən transfer olunub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta