AZ

Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Olaylar.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 30-u gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin azalacağı ehtimal olunur.

Belə ki, dumana görə yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
49
olaylar.az

10Mənbələr