AZ

Paytaxtda yeni xəstəxana tikiləcək

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

"Yeni Sabah" Baku.ws-ə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 1.9 milyon manat təşkil edir.

Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi ilə 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, habelə bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.


Telegram kanalımız
Seçilən
71
16
yenisabah.az

10Mənbələr