AZ

Almaniya nəhəngi "Fənərbağça"nın ulduzuna elçi düşdü

"Fənərbaxça"nın mövsümün əvvəlində "Zalsburq"dan heyətinə qatdığı gənc hücumçu Dorjeles Nene Avropa nəhənglərinin diqqətini çəkməyə davam edir.

Fanat.Az xəbər verir ki, Almaniyanın "Borussiya Dortmund" klubu malili futbolçu ilə yaxından maraqlanır və artıq Türkiyə klubuna rəsmi maraq məktubu göndərib.

"A Spor"un məlumatına görə, sarı-lacivərtli forma ilə bu mövsüm çıxdığı 39 rəsmi matçda 11 qol və 10 asistlə yadda qalan 23 yaşlı vinger üçün "Fənərbağça" rəhbərliyi 25 milyon avro təzminat tələb edir.

Alman klubunun rəhbərliyi bu məbləği aşağı salmaq üçün danışıqlara başlamağı planlaşdırsa da, İstanbul təmsilçisi transfer qiymətində güzəştə getmək niyyətində deyil.

Seçilən
36
fanat.az

1Mənbələr