AZ

141 saylı məktəbdə 3 ildir aparılan təmir niyə yekunlaşmır?VİDEO

Əsaslı təmir olunacağı və əlavə korpus tikiləcək deyilərək 2024-cü ilin aprelindən məktəbin qapısı bağlanaraq kilidləndi... Tikinti işlərinə başlanıldı, lakin, yarımçıq saxlanıldı...

Xezerxeber.az-ın xəbərinə görə, artıq 2 ildən çoxdur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 saylı tam orta məktəbin şagirdləri başqa məktəblərə üz tutmalı olurlar.

Valideynlər deyirlər ki, şagirdlərin dərs saatları düzgün tənzimlənməyib. Eyni ailənin üzvləri fərqli məktəblərə yönləndirilib və fərqli növbələrdə təhsil alırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, layihələndirmədə baş verən dəyişikliklə əlaqədar inşaat prosesində qısamüddətli fasilə yaranıb. Məktəbdə aparılan əsaslı təmir və tikinti işlərinin müvafiq müddət ərzində başa çatdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
72
xezerxeber.az

1Mənbələr