AZ

Bakıda bir-birilərini bıçaqlayanlar içki aludəçiləri imiş – TƏFƏRRÜATLARVİDEO

Tüfeyli həyat tərzi sürən şəxslər spirtli içki içib, bir-birilərini bıçaqlayıblar.

Xezerxeber.az xəbər verir ki, hadisə zamanı onlardan biri ölüb.

Cinayət paytaxtın Nizami rayonunun Şirin Mirzəyev küçəsi 94 ünvanında, binanın istifadəyə yararsız olan birinci mərtəbəsində baş verib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Hazırda o, xəstəxanada polisin nəzarəti altında müalicə alır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə zamanı onların yanında iki nəfər başqa şəxs də olub.

Binada yaşayan sakinlər isə bildirdilər ki, həmin yer tüfeyli həyat tərzi sürənlər tərəfindən zəbt ediliyindən onlar binaya girib-çıxmaqda həmişə ehtiyat ediblər.

Xüsusən də axşam saatlarında təhlükə daha da artırmış.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
52
xezerxeber.az

1Mənbələr