90 uşağın getdiyi bağça TƏHLÜKƏDƏDİR
Ajans.az xəbər verir ki, valideynlərin sözlərinə görə, paytaxtın Xətai rayonunda yerləşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası təxminən 1 ay əvvəl yağan intensiv yağışlardan sonra daha pis vəziyyətə düşüb. Artıq vəziyyət o həddə çatıb ki, bağçanın işçiləri də binanın vəziyyətindən narahatdırlar.