AZ

Rusiyadan doğulduğu rayona qayıtdı, evində yanaraq öldüVİDEO

Evdə güclü yanğın baş verib, sahibi yanaraq ölüb...

Xezerxeber.az xəbər verir ki, hadisə Kürdəmirin Yenikənd kəndində baş verib. Məlumata görə, yanaraq ölən 57 yaşlı Fikrət Eminov bir müddət öncə Rusiyadan ata evinə qayıdıbmış. O evdə tək yaşayırmış.

Hadisə nəticəsində ümumi sahəsi 150 kv metr olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın zamanı evdə yuxuda olan Fikrət Eminov yanaraq dünyasını dəyişib.

Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub, yanğın söndürülüb. Eyni zamanda əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları da gəlib və mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
85
4
xezerxeber.az

5Mənbələr