AZ

Türkiyə Kubokunun finalının keçiriləcəyi stadion və tarix açıqlandı

Türkiyə Kubokunun final oyununun keçiriləcəyi məkan müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Həlledici qarşılaşma Antalya Stadionunda baş tutacaq.

Bildirilib ki, final matçının tarixi dəyişdirilərək mayın 24-dən 22-nə keçirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xatırladaq ki, yarımfinal mərhələsində "Beşiktaş"– "Konyaspor" və "Trabzonspor" – "Gənclərbirliyi" cütləri üz-üzə gələcək.

Seçilən
75
90deqiqe.az

1Mənbələr