AZ

Bölgələrdə yırtıcıların heyvanları parçalaması halları artırVİDEO

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 xırdabuynuzlu heyvanı parçalayıb. Hadisə rayonun Meşəbaş kəndində baş verib.

Xezerxeber.az xəbər verir ki, rayon sakini Elşən Omarov örüş sahəsində qoyunları otararkən 3 canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2-sini isə parçalayaraq tələf edib.

Təsərrüfat sahibinin sözlərinə görə, qoyunları otaran vaxt onlar 2 nəfər olublar. Canavarların hücumu zamanı heç nə edə bilməyiblər. Hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat veriblər.

Ucarda isə canavarlar həyətlərə soxulub. Rayonun Qazyan kəndində Kifayət Babayevanın təsərrüfatına daxil ola yırtıcılar 23 baş xırdabuynuzlu heyvandan 8-ni parçalayıb, 15-ni isə yaralayıb.

Yırtıcılar zərərçəkənin qonşularına da ziyan vurub. Həyətdən gələn səslərə çıxan kənd sakini Nicat Əliyev canavarın qoyunlara hücum etdiyini görüb. 

Baytarlıq xidmətinin əməkdaşları və icra nümayəndəsi əraziyə gəliblər, müəyyən tədbirlər görülüb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
55
1
xezerxeber.az

2Mənbələr