AZ

FİFA DÇ 2026 iştirakçıları üçün mükafat fondunu 15 faiz artırıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının iştirakçıları üçün ayrılan mükafatın məbləğini 15 faiz artırıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Bundan sonra hər bir milli komanda ilkin nəzərdə tutulan 10,5 milyon dollar əvəzinə ən azı 12,5 milyon dollar alacaq. Turnirin ümumi mükafat fondu isə 870 milyon dollar təşkil edəcək.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə rekord sayda – 48 komanda iştirak edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
3
azertag.az

5Mənbələr