AZ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketini imzalayıb ki, bura Belarusa qarşı məhdudiyyətlər də daxil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

"Mən artıq Ukraynanın yeni sanksiyalar paketini — mühüm bir paketi imzalamışam. Bura Belarus subyektlərinə qarşı sanksiyalar da daxildir", — deyə məlumatda bildirilir.

Zelenskinin sözlərinə görə, respublikaya qarşı tətbiq edilən sanksiyalar Ukrayna tərəfinin Minskin Ukraynaya qarşı hərbi əməliyyatlara qoşulmasının qarşısını almaq istəyi ilə bağlıdır.

Bizim.Media

Seçilən
58
1
bizim.media

2Mənbələr