Rusiyanın Perm bölgəsindəki sənaye obyektinə pilotsuz təyyarə zərbə endirib.
Bu barədə qubernator Dmitri Maxonin Telegram-da məlumat verib. Onun sözlərinə görə, ərazidə yanğın baş verib. Təcili yardım xidmətləri hadisə yerində işləyir.
Maxonin yazıb ki, işçilər təxliyə edilib. Xəsarət alan olmayıb. Permdə hava hücumu sirenası səsləndirilib. Yerli Telegram kanalları pilotsuz təyyarələrin neft emalı zavoduna doğru uçduğunu bildirib. Hücumdan sonra şəhərin səması tüstü ilə örtülüb.
//Samir Qurbanov, Editor.az