Diyarbəkirin Bağlar rayonunda avtomobilin aşması nəticəsində yeddisi uşaq olmaqla on nəfər yaralanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Bağlar rayonunun Batı Karakoç məhəlləsində sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan bir avtomobil yoldan çıxaraq tarlaya aşıb.
Qəzada yeddi uşaq da daxil olmaqla on nəfər yaralanıb.
Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, polis və jandarma qrupları göndərilib.
Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıblar.
QAZİLER.AZ