Gürcüstanın Batumi şəhərində Qorqiladze və Abaşidze küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin nümayəndələri və təcili yardım briqadası hadisə yerinə səfərbər edilib. Yanğının qarşısının alınması işlərinə dörd yanğınsöndürmə maşını cəlb olunub. Ərazi sarı lentlə əhatəyə alınıb.
Hal-hazırda tələfat haqda heç bir məlumat verilməyib. Yerli sakinlərin sözlərinə görə, yanğın binanın çardağına yayılıb.
QAZİLER.AZ