AZ

​"Qalatasaray"ın ulduzu maaşının artırılmasını istəyir

Ən yaxın rəqibi "Fənərbaxça"nı 7 xal qabaqlayan Türkiyənin "Qalatasaray" klubu yeni futbolçularla heyətini gücləndirmək istəyir. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul təmsilçisi özünün ulduz futbolçuları ilə də müqavilələri yeniləməyə hazırlaşır. Yaxın günlərdə qabonlu yarımmüdafiəçi Mario Lemina ilə yeni müqavilənin imzalanacağı gözlənilir. Türkiyə KİV-nin yazdığına görə, 32 yaşlı futbolçu sarı-qırmızılı komandada karyerasını davam etdirmək üçün şərt irəli surub. O, illik maaşının 2,5 milyon avrodan 3 milyon avroya qaldirılmasını tələb edib.

"Qalatasaray" rəhbərliyinin bu şərti qəbul edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.

Seçilən
79
5
metbuat.az

6Mənbələr