Paytaxt təmsilçisinə bu matçda yalnız qələbə lazım idi. Qəzənfər Abbasovun komandası hesabda 0:1 geri düşdü, matçın sonlarında böyük qüvvə ilə irəli atıldı. Qonaqlar rəqib azlıqda qalandan sonra hesabı bərabərləşdirsələr də, qələbə topunu vurmaq üçün vaxt çatmadı.
“Qaradağ Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov oyunla bağlı “Football-plus.az”a danışdı:
“Gərgin oyun keçdi. Qol imkanlarımız oldu, yararlana bilmədik. Rəqibi təbrik edirəm. Biz yolumuza davam edəcəyik. Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək”.
Qeyd edək ki, 2-ci liqada mövsümün sonuna üç tur qalıb, 67 xala malik “Xankəndi” “Qaradağ Lökbatan”ı 3 xal qabaqlayır.
MÜZƏFFƏR QULUZADƏ