"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasının ilk oyununda qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv "Abşeron Lions"u məğlub edib - 98:93.
Seriyanın ilk qarşılaşması Bakı İdman Sarayında baş tutub.
Tərəflər arasında ikinci oyun mayın 2-də, saat 14:00-da gerçəkləşəcək.
Xatırladaq ki, seriyada üç qələbəyə tez çatan komanda Azərbaycan çempionu olacaq.