AZ

“Real”dan ayrılmağı düşünür - Argentinalı vinger

“Real”ın vingeri Franko Mastantuono yayda komandadan ayrıla bilər.

Argentinalı futbolçunun Avropadakı debüt mövsümü uğurlu alınmayıb.

18 yaşlı oyunçu əsas heyətdə nadir hallarda şans qazandığı üçün mətbuatda onun mümkün gedişi ilə bağlı xəbərlər intensivləşib.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, Mastantuono “Real”dan ayrılmaq istəməsə də, oyun praktikası qazanmaq üçün doğma klubu “River Pleyt”ə qayıdış variantını istəksiz şəkildə nəzərdən keçirir.

O, müntəzəm oynamağın vacibliyini anlayır.

Bununla belə, “kral klubu”nun futbolçunu birdəfəlik satmağa razılaşacağı gözlənilmir. Madrid təmsilçisi daha çox icarə variantını dəyərləndirə bilər.

Mastantuononun “Real”la müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

Seçilən
45
sportinfo.az

1Mənbələr