AZ

Balakəndə Alban məbədi tapıldı Fotolar

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Balakəndə 5-7-ci əsrlərə aid yeni tarixi abidə olan Alban məbədi tapılıb.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

O bildirib ki, yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.

Akif Məmmədli bu günədək qeydə alınmayan məbədin 5-7-ci əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.

Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
9
axsam.az

10Mənbələr