AZ

Tramp İrana yeni zərbələrin danışıqlardan asılı olduğunu bildirib

ABŞ prezidenti deyib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana mümkün yeni zərbələrin endirilib-endirilməyəcəyinin Vaşinqton və Tehran arasında danışıqların gedişindən asılı olduğunu bildirib.

Ağ Evdə jurnalistlərin ABŞ-nin İrana qarşı bombardmanları bərpa edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp “bilmirəm, bu, hadisələrin necə inkişaf edəcəyindən asılıdır” deyib.

ABŞ lideri Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini xatırladıb. Onun sözlərinə görə, İran hakimiyyəti artıq müəyyən məsafə qət edib, lakin əsas məsələ Tehranın tələb olunan səviyyəyə qədər irəliləyib-irəliləməyəcəyidir.

Tramp vurğulayıb ki, hazırkı mərhələdə razılaşmanın əldə olunması İranın nüvə silahına sahib olmayacağına dair mövqeyindən asılıdır. ABŞ prezidentinin sözlərinə görə, Tehran bu şərtlə razılaşmasa, heç bir saziş mümkün olmayacaq.

Müşahidəçilər hesab edirlər ki, Trampın açıqlaması Vaşinqtonun həm diplomatik təzyiqi, həm də hərbi variantı gündəmdə saxladığını göstərir. Bu isə ABŞ-İran danışıqlarının növbəti mərhələsində nüvə proqramı məsələsinin əsas şərt olaraq qalacağını göstərir.

Poliqon.info

Seçilən
83
50
poliqon.info

10Mənbələr