AZ

Oman gəmiçiliyin təhlükəsizliyi üçün tərəfləri səyləri artırmağa çağırıb

Maskat böhranların həlli və dəniz ticarətinin fasiləsizliyi üçün beynəlxalq səylərin artırılmasını vacib sayır...

Poliqon xəbər verir ki, Oman Xarici İşlər Nazirliyi ölkənin xarici işlər naziri Bədr əl-Busaidinin BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı apardığını bildirib.

Məlumata görə, danışıq zamanı regionda baş verən son proseslər müzakirə olunub. Tərəflər dəniz gəmiçiliyinin təhlükəsizliyi və azadlığının bərpası, eləcə də dünya ticarətinin beynəlxalq hüquq normalarına uyğun şəkildə fasiləsiz davam etməsi üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin bütün tərəflərin mübahisələrin həlli üçün praktiki qərarlara nail olmaq məqsədilə zəruri çeviklik nümayiş etdirməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu yanaşma həm regional sabitlik, həm də ümumi maraqların nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Oman ənənəvi olaraq ABŞ və İran arasında vasitəçi rolunda çıxış edir və regionda gərginliyin azaldılmasına dair çağırışları ilə tanınır.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr