AZ

Türkiyədə leysan yağışları daşqına səbəb oldu

Türkiyənin cənubunda yerləşən Adana şəhərində aramsız yağan yağışlar sel fəlakətinə səbəb olub.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, sel suları səbəbindən magistralda avtomobillərin hərəkəti tamamilə dayanıb.

Məlumata görə, selə qapılaraq sürüklənən avtomobillərdən birində sürücü və sərnişin çətin vəziyyətdə qalıb. Onlar maşından tullansalar da, şiddətli axıntıya qapılıblar. Sürücü xilas edilsə də, sərnişin boğularaq ölüb. Onun cəsədi hadisə yerindən 2 km aralıda tapılıb.

Seçilən
32
1
publika.az

2Mənbələr