AZ

Gecə oyaq qalanlar üçün təhlükə: Alzheimer riski...

Yuxu rejiminin pozulması beyində ciddi dəyişikliklərə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, alimlər keyfiyyətsiz və nizamsız yuxunun Alzheimer xəstəliyi ilə əlaqəli ola biləcəyini bildirirlər.

Araşdırmalara görə, əsas təhlükə yalnız az yatmaq deyil. Gecə-gündüz rejiminin pozulması, yuxunun tez-tez bölünməsi və insanın gecə oyaq qalıb gündüz yatması beyində zərərli maddələrin yığılmasını sürətləndirə bilər.

Mütəxəssislər qeyd edirlər ki, keyfiyyətsiz yuxu beyində amiloid lövhəciklərinin artması ilə əlaqələndirilir. Bu lövhəciklər Alzheimer xəstəliyinin inkişafında mühüm amillərdən biri sayılır.

Başqa bir tədqiqatda isə Alzheimerin ilkin mərhələsində olan insanlarda bioloji ritmin pozulduğu müəyyən edilib. Belə şəxslər çox vaxt gündüz yuxulu olur, gecələr isə daha aktiv qalırlar.

Alimlər yuxu rejiminə diqqət etməyi, gecə yuxusunu qorumağı və uzun müddət davam edən yuxu pozuntularında həkimə müraciət etməyi tövsiyə edirlər.

 

Musavat.com

Seçilən
29
13
musavat.com

10Mənbələr