AZ

Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ehtiyatlardan yeni on minlərlə ton neft çıxarılacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti bu barədə "TV Blic"ə müsahibəsində danışıb.

A. Vuçiçin sözlərinə görə, çıxarılan neft ehtiyatlarının dəyəri hazırkı satış qiymətlərindən tam ödənilmir, bu da əlavə maliyyə yükünün yaranmasına səbəb olur.

"Bunu kompensasiya etmək üçün hazırda 17 milyon avro çatmır", - Vuçiç qeyd edib.

O, qiymət fərqinin ödənilməsinin artıq razılaşdırıldığını vurğulayıb. A. Vuçiç qeyd edib ki, əvvəllər istehza ilə yanaşılan məsələ – ehtiyatların yaradılması məsələsinin, əslində, çox vacib olduğu bu günlərdə üzə çıxıb.

Seçilən
74
far.az

1Mənbələr