“Real”ın müdafiəçisi Eder Militao bud əzələsi zədəsinə görə əməliyyat olunub.
Publika.az xəbər verir ki, o, uzun müddət meydanlardan kənarda qalacaq. Bu səbəbdən dünya çempionatını da buraxacaq.
Braziliyalı mərkəz müdafiəçisi formasını bərpa etməyə başlasa da, tez-tez zədələnməsi yenidən problem yaradıb.
“Los Blankos” növbəti mövsüm üçün Militaonu Din Heysen ilə birlikdə müdafiənin əsas sütunu kimi görürdü. Lakin son zədə klubun yay transfer planlarına təsir göstərəcək.
Madrid təmsilçisi indi Antonio Rüdiger ilə müqavilənin uzadılmasını sürətləndirməyə məcbur qala bilər. Almaniyalı futbolçunun sözləşməsi yayda başa çatır və digər klublardan gələn cəlbedici təkliflər səbəbindən danışıqlar çətin gedir.