AZ

Vahimə yaradan görüntülər İnsan boydadır (FOTOLAR)

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Filippində qeydə alınan və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan nəhəng yarasa görüntüləri insanlar arasında vahimə yaradıb. Evlərin damından başıaşağı asılan bu canlının görüntüləri ilk baxışdan insan boyda nəhəng məxluqu xatırladır.Demokrat.az xəbər verir ki, ekspertlər görüntülərdəki canlının "qızılı taclı uçan tülkü" adlanan yarasa olduğunu açıqlayıblar. Bu növ dünyada ən böyük yarasalardan biri hesab olunur və yalnız Filippin adalarında yaşayır.Qanadları açıldıqda eni təxminən 1.7 metrə çatan bu canlılar fotolarda həqiqi ölçülərindən daha böyük görünür. Bunun əsas səbəbi çəkiliş zamanı yaranan perspektiv fərqi və yarasanın qanad quruluşudur.Ürküdücü xarici görkəminə baxmayaraq, bu canlılar insanlara qarşı tamamilə təhlükəsizdir. Onlar yalnız meyvələrlə qidalanır və təbiətdə ağac toxumlarının yayılmasında mühüm xidmətlər göstərirlər. Hazırda meşələrin məhv edilməsi və qanunsuz ov halları bu nadir növün sayının kəskin azalmasına səbəb olub.

Seçilən
65
demokrat.az

1Mənbələr