Fermerlərin məhsuldarlığı artırmaq üçün kəsib tarlada buraxdığı, hətta heyvan yemi kimi istifadə etdiyi bitki növünün Avropada "qızıl qiymətinə" satıldığı məlum olub. Söhbət mayaotu bitkisinin ilk tumurcuqlarından və ya tinglərindən gedir.
Publika.az xəbər verir ki, fermerlər əsas məhsul olan "qozaları" yetişdirmək üçün dibdən çıxan fidanları "seyrəltmə" məqsədilə kəsib atırlar. Halbuki bu "tullantı" sayılan tinglərin kilosu Avropada 1000 avroya qədər alıcı tapır.
Mayaotu fidanlarının qiymətinin rekord qırmasının iki əsas səbəbi var:
Bu zərif fidanları texnika ilə yığmaq mümkün deyil. Hər biri tək-tək əllə toplanmalıdır.
Məhsul yığımı cəmi 3-4 həftə (mart-aprel aylarında) çəkir. Bu qısa müddət onu nadir və əlçatmaz edir.