AZ

“Fənərbağça” transfer “bombası”na hazırlaşır: Rəhbərlik dünya ulduzu ilə görüşdü SON DƏQİQƏ

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbağça” transfer “bombası”na hazırlaşır.

Offsideplus.az xəbər verir ki, rəhbərlik dünya futbolunun ulduzu Məhəmməd Salahı heyətinə qatmaq üçün transfer çalışmalarını sürətləndirib. “Sarı-lacivərdlilər” misirli hücumçu ilə artıq iki dəfə rəsmi görüş keçirib.

Transfer danışıqlarında ən çox müzakirə olunan məqam Salahın istədiyi maaşdır. Məlumata görə, ulduz futbolçunun tələbləri kifayət qədər yüksəkdir:

Maaş tələbi: Salah “Fənərbağça”dan mövsümlük 20 milyon avro sabit maaş istəyir.

Görüşlərin gedişatı: Klub rəhbərliyi bu məbləği sponsorların köməyi ilə qarşılamaq variantlarını nəzərdən keçirir.

Hazırda “Liverpul” ilə müqaviləsinin sonuna yaxınlaşan Salahın Türkiyəyə gəlmə ehtimalı futbol dünyasında böyük əks-səda doğurub.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
dogru.az

2Mənbələr